Suvarma sistemləri

Ana Səhifə Məhsullar Suvarma sistemləri

Suvarma sistemləri

EMT Construction kənd təsərrüfatı sahələri, istixanalar, yaşıllaşdırma zonaları və sənaye əraziləri üçün müasir suvarma sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə ixtisaslaşmışdır. Məqsədimiz torpaq və su resurslarından səmərəli istifadəni təmin edərək məhsuldarlığı və resursların davamlılığını artırmaqdır.
EMT tərəfindən quraşdırılan suvarma sistemləri torpaq növü, iqlim və əkin tipinə uyğunlaşdırılmış şəkildə hazırlanır. Layihələrdə damcı suvarma, yağmurlama, yeraltı və avtomatlaşdırılmış suvarma texnologiyaları tətbiq olunur.
Sistemlər yüksək keyfiyyətli nasoslar, filtrlər, borular və idarəetmə paneli ilə təchiz olunur, bu da su itkisini minimuma endirir və əkin sahələrində bərabər su paylanmasına zəmanət verir.

 Üstünlüklər və özəlliklər:
•    Suya qənaət edən damcı və avtomatik sistemlər
•    Fərdi sahələrə uyğun layihələndirmə
•    Sensorlu və proqramlaşdırılan idarəetmə
•    Korroziyaya davamlı boru və avadanlıqlar
•    Müasir nasosxana və filtrasiya sistemləri
•    Az texniki xidmət tələbi və uzunmüddətli istismar
•    Ətraf mühitə uyğun və məhsuldarlığı artıran yanaşma

EMT Construction suvarma sistemləri ilə məhsuldarlığınızı artırır, su israfını isə minimuma endirir.

Əlaqə

Əlaqə

Bizə yazın

Bizimlə əlaqə üçün aşağıdakı forumu doldurun. Qısa zaman ərzində sizə cavab verəcəyik

Əlaqə Telefonu

+994 50 660 60 06

E-poçt

sales@emt.az

Ünvan

Rövşən Əliyev küçəsi 4, Nərimanov Rayonu, Bakı