YEVLAX QUŞÇULUQ FABRİKİ

Ana Səhifə Məhsullar YEVLAX QUŞÇULUQ FABRİKİ

YEVLAX QUŞÇULUQ FABRİKİ

Layihə: Yevlax Quşçuluq Fabriki
Layihə Dövrü: May – İyul 2025
İcra olunan işlər: MEP sistemlərinin layihəyə uyğun şəkildə quraşdırılması və istismara hazırlanması

Layihə Haqqında 
2025-ci ilin may–iyul ayları ərzində Element Construction MMC tərəfindən Yevlax Quşçuluq Fabriki üçün müasir tələblərə cavab verən MEP (Mexaniki, Elektrik və Santexnika) sistemlərinin layihələndirilməsi, təchizatı və quraşdırılması işləri uğurla icra olunmuşdur.

İşin əsas məqsədi, fabrikin fəaliyyətinin fasiləsiz, təhlükəsiz və səmərəli şəkildə təmin edilməsi üçün bütün mühəndis-kommunikasiya sistemlərinin peşəkar şəkildə qurulması olmuşdur.

İcra olunan əsas işlər:

Santexnika sistemləri

Su təchizatı və tullantı sularının idarə olunması üçün boru xətlərinin çəkilməsi

Gigiyenik standartlara uyğun sanitar qovşaqların təmin edilməsi

Elektrik işləri

Daxili və xarici elektrik şəbəkələrinin qurulması

İşıqlandırma, güc xəttləri, avtomatlaşdırma və təhlükəsizlik sistemlərinin tətbiqi

Yanğın təhlükəsizliyi sistemi

Yanğın siqnalizasiya və yanğınsöndürmə sistemlərinin inteqrasiyası

Fövqəladə hallar üçün evakuasiya planlarına uyğun texniki həllər

Havalandırma və iqlim nəzarəti

İstehsalat mühitində hava axınının idarə olunması üçün havalandırma kanalları

Temperatur və rütubətə nəzarət üçün müvafiq avadanlıqların quraşdırılması

Layihə yüksək texniki standartlara uyğun olaraq, vaxtında və keyfiyyətlə tamamlanmışdır. Bu, Element Construction komandasının MEP sahəsindəki gücünü və təcrübəsini bir daha sübut etmişdir.

Əlaqə

Əlaqə

Bizə yazın

Bizimlə əlaqə üçün aşağıdakı forumu doldurun. Qısa zaman ərzində sizə cavab verəcəyik

Əlaqə Telefonu

+994 50 660 60 06

E-poçt

sales@emt.az

Ünvan

Rövşən Əliyev küçəsi 4, Nərimanov Rayonu, Bakı